Korporativ satışlar


“Diamond Motors”MMC şirkəti korporativ satış sektoruna xüsusi diqqət ayırır və Müştərilərlə qarşılıqlı mənafeyə əsaslanan uzunmüddətli münasibətlərin qurulmasında maraqlıdır. Korporativ müştərilərə Mitsubishi alarkən fərdi şərtlər təklif edirik. Menecer hər zaman Sizə tələblərinizi və ümidlərinizi maksimal dərəcədə doğruldacaq avtomobil, həmçinin qısa müddətdə sərfəli şərtlər təklif etməyə hazırdır.


Avtomobil mərkəzindən fərdi təklif alın

Sizə fərdi təklif etməkdən şad olarıq. Zəhmət olmasa, sizi maraqlandıran modeli və avtomobil sayını, nəzərdə tutduğunuz şərtləri, həmçinin əlaqə nömrələrinizi qeyd edin. Mütəxəssisimiz sizinlə əlaqə saxlayıb istəklərinizi müzakirə edəcək və qarşılıqlı mənafeyə uyğun təklif hazırlayacaq.


Avtomobillərə xidmət

Avtomobilinizi işlətdiyiniz müddətdə texniki nöqsanların olmamasının Siz və biznesiniz üçün nə qədər vacib olduğunu bilirik. Mitsubishi avtomobillərinin yüksək etibarlılığı peşəkar servis xidməti ilə birləşdikdə avtomobilin texniki vəziyyəti barədə narahat olmağa, həmçinin xidmət üçün vaxtınızı və xərclərinizi planlaşdırmağa əsas qalmır.
Mitsubishi avtomobil mərkəzi Korporativ müştərilərə servis xidmətlərində, ehtiyat hissələri və aksessuarların alınmasında endirimlər təklif etməyə hazırdır.

Mitsubishi avtomobillərini seçdiyiniz üçün sizə minnətdarıq və avtomobilləri alarkən xüsusi şərtlər təklif etməyə hazırıq.



Korporativ satış menecerimiz: Kamran Məmmədov

Telefon: 012 349 00 06
Mob: 055 740 47 74

E-Mail: kamran.mammadov@mitsubishi-cars.az






Operational leasing - Uzun müddətli icarənin üstünlüklərindən sizdə yararlanın!



Operational leasing Uzun müddətli icarəni seçdikdə İcarəçi şirkət sizin seçdiyiniz avtomobili alacaq və müvafiq məbləğdə aylıq ödənişlər (bir sıra xərclər daxil) qarşılığında sizə avtomobil uzun müddətli icarəyə veriləcək.
Uzun müddətli İcarə yalnız korporativ müştərilərə şamil olunur. Əməkdaşlıq etdiyimiz şirkətlərin təklifləri barədə daha yaxından tanış olmaq üçün xahiş edirik aşağıda qeyd olunan məlumatları nəzərdən keçirəsiniz.”


Quotation_Mitsubishi_L200.pdf