MITSUBISHI OUTLANDER

Outlanderin 2015-ci il modeli indiki nəslin sadəcə yenilənmiş versiyası deyil. Model idarəetmənin verdiyi ümumi zövqün və zərifliyin səviyyəsinin artırılmasına xidmət edən ağlasığmaz sayda konstruktiv və dizayn yeniliklərindən ibarətdir.


Mitsubishi Outlander – misilsiz möhkəmlik, yüksək keyfiyyət, əla yolsuzluq xarakteristikaları və zamanla sınaqdan keçmiş texnologiyaların vəhdətidir. Mitsubishi şirkətinin avtomobillərin möhkəmliyinin, təhlükəsizliyinin və funksionallığının artırılmasına yönəldilən ən son layihələrini özündə birləşdirir.

Mitsubishi Outlander 2015 kuzovunun ön hissəsinin dizaynının Dynamic Shield adlanan yeni konsepsiyası ilə diqqəti cəlb edir.

Rəng seçimi
360°

Xarici görünüşü

Yenilənmiş Outlanderin kuzovuna aşağıdakı dəyişikliklər edilib: kuzovun ön hissəsi, ön bamper, yaxını işıqlandıran işıq-diod faraları, ön qabarit işıq-diod lampalar, 18 düymlük yüngül lehimli təkər diskləri, kuzovun arxa hissəsi, baqaj bölməsinin qapısının üzü və fənərlərin arxa işıq-diod blokları. Salonun dizaynının yenilənmələri arasında sükan çarxı, oturacaqların üzü, dekorativ elementlər və avtomatik tündləşdirmə funksiyası ilə daxili arxa görünüş güzgüsü.

Fotoqalereya

İnteryer

Avtomobilin salonunun yığcam dizaynı keyfiyyətli materialları (yumşaq işləmələr, gümüşü rəngli dekorativ əlavələr, qara parlaq haşiyələr) və müasir texnologiyaları özündə birləşdirir. Mitsubishi Motors mühüm səylərini salonda səs-küyün azaldılmasına yönəltmiş, cihaz paneli və sürücünün yerinin erqonomikası isə idarəetmə zamanı sürücünün fikrinin daha yaxşı cəmləşdirilməsi imkanı nəzərə alınmaqla işlənib hazırlanmışdır.

Mitsubishi Outlanderin geniş və universal salonunda istənilən səfər xoş səyahətə çevriləcək.

Fotoqalereya

Mühərriklər

MIVEC – qaz paylama fazalarını elektron idarəetmə texnologiyasıdır.

Bu sistem optimal güc və müxtəlif vəziyyətlərdə yanacağın qənaətli sərf edilməsi üçün qaz paylama fazalarını daim dəyişməyə imkan verir. MIVEC idman dinamikası, kiçik dövrlər və zərərli maddələrin minimum miqdarda atılması ilə yanaşı fırlanma anının artmasını da təmin edir.

  • Mühərrik 2.4

    Daha böyük effektivlik üçün alüminium bloklu 2,4 litr həcmə, 4 silindrə və 167 at gücünə malik mühərrik. Həm şəhər şəraitində, həm də beynəlxalq magistrallarda eyni güclə və yaxşı idarə olunur. Düz yolda hərəkət və mürəkkəb döngələrin keçilməsi zamanı dəyişməz rahatlıq.

  • Mühərrik V6 3.0

    Sıranın 3,0 litr həcmə və 230 at gücünə malik ən güclü mühərriki Outlanderə həqiqətən təsir bağışlayan dinamika bəxş edir və eyni zamanda kifayət qədər qənaətliliyini qoruyub saxlayır.

Tam ötürücülü sistem

All Wheel Control texnologiyası – idarə olunan güc fəlsəfəsidir.

Mitsubishi Outlander unikal tam ötürücülü All Wheel Control sisteminə malikdir. Bu sistem ayrılıqda hər bir təkərin sərbəst idarə edilməsini və yolsuzluq şəraitində qüsursuz möhkəmliyini təmin edir. Dakar rallisində çoxillik iştirak təcrübəsini təhlil edərkən, biz belə bir nəticəyə gəldik ki, avtomobilin bütün konstruksiyası və onun ayrı-ayrı elementləri istənilən vəziyyətdə maksimum nəzarətin təmin olunmasına yönəldilməlidir. Əsas nəticə ASC-in – dinamik istiqamətin sabitliyi sisteminin, tam ötürücülü transmissiyanın və hər bir təkər üçün unikal sərbəst asqının yaradılması oldu.

Yanacağa yüksək qənaətlilik rejimi

Adi şəraitdə bu rejim fırlanma anının yalnız ön təkərlərə verilməsini təmin edir; təkərlərin yerində fırlanması zamanı isə tam ötürücü istifadə olunur.

Adi rejim

Bu rejim tam ötürücünün quru asfalt, yaş yol, qarla örtülmüş yol və s. müxtəlif şəraitlərdə kifayət qədər istifadəsini təmin edir.

Bu rejim ən çox kələ-kötür yollarda hərəkət üçün yararlıdır

O, həmçinin avtomobilə palçıqdan və ya dərin qar örtüyündən çıxmağa kömək edir. Bu rejim adi yollarda bütün sürətlərdə güclü tam ötürücünün üstünlüklərinin maksimum istifadəsini təmin edir.

?>