Mitsubishi Pajero Sport

“Mitsubishi” model sırasının yeni flaqmanı – klassik 8-sürətli Aisin avtomat qutusu və etibarlı mühərriklə Mitsubishi Pajero Sport yeni yolsuzluq avtomobili.

/// Əsas xüsusiyyətləri

Kuzovun çərçivə konstruksiyası

“Mitsubishi Pajero Sport” əsl yolsuzluq avtomobillərinin köhnə ənənənəsi üzrə, istənilən istismar şəraitində avtomobilə inanılmaz möhkəmlik nümayiş etdirməyə imkan verən möhkəm polad lonjeron çərçivə üzərində qurulmuşdur.

Manevr qabiliyyətli

Özünün təsirli ölçüsü, geniş salonu və iri tutumlu yük yerinə baxmayaraq, Mitsubishi Pajero Sport eyni zamanda ensiz şəhər küçələrində, darısqal parklama yerlərində və sıx meşəlikdə özünü inamlı hiss edir. Dönmə radiusu cəmi 5,6 metrə bərabərdir.

Komfortlu

Yeni Mitsubishi Pajero Sport ən yüksək rahatlıq səviyyəsi və salonda sakitliklə fərqlənir, uzun səyahətlər üçün yeni oturacaqlar hazırlanmışdır.

Rəqib tanımayan

Rejimlərin yeni elektron selektoru əfsanəvi və rəqibsiz yolsuzluq transmissiyası Super Select II-nin inanılmaz imkanlarına çıxış təmin edir.

/// Eksteryer

Dinamic Shield firma stilində yığılmış yeni Mitsubishi Pajero Sport avtomobili dəbli və müasir görünür, maşın axınında seçilir və hər zaman təəssürat oyadır. O, nəzərdən qaça bilməz!

/// EKSTERYER

Dinamic Shield firma stilində yığılmış yeni Mitsubishi Pajero Sport avtomobili dəbli və müasir görünür, maşın axınında seçilir və hər zaman təəssürat oyadır. O, nəzərdən qaça bilməz!
Ön faralar və gündüz hərəkət işıqlarının parlaq və uzunmüddətli diod işıq texnologiyaları
Rahat allüminium yan ayaqaltılar  
Diod işıqlı arxa faraların cəsarətli və təsiredici dizaynı  
18 düymlük yüngül lehimli təkərlər  
Kuzov rəng seçimi
360°

/// İnteryer

Komfort və dizaynın yeni səviyyəsi, müasir yüksək keyfiyyətli arakəsmə materialları və geniş seçim spektri.

/// MITSUBISHI PAJERO SPORT-un yeni obrazı

Mükəmməl görünüşlü geniş interyer
Rahat, yumşaq, yan dayaqlı və uzun oturacaqlı düzgün qurulmuş kreslolar.  
Tutumlu yük yeri və arxa sıra oturacaqlarının sadə qatlanma mexanizmi  
Əfsanəvi tam ötürücülü Super Select transmissiyasının yeni nəsli  
2DIN AM/FM CD audio displey
Audio sistemlərin idarə olunması arxa görüntü kamerasını da göstərə bilən 6.1 düymlük sensor displeylə asandır.
Mobil qurğuların “Bluetooth” və USB vasitəsilə mobil qurğuların qoşulmasına və “Hands Free” sistemini işə salmaqla hərəkət zamanı təhlükəsiz şəkildə telefonla danışmağa imkan verən rahat və funksional “Mitsubishi” multimedia sistemi.  

/// Təhlükəsizlik

“OFF ROAD” REJİMİ
Yolsuzluq səyahəti zamanı GRAVEL, MUD/SNOW, SAND və ya ROCK* tənzimləməsini seçməklə çəkmə gücünü yaxşılaşdırın. Multi-məlumat displeyində müvafiq rejim əks olunana qədər YOLSUZLUQ REJİMİNİ basmağa davam edin. Mühərrik çıxışı, transmissiya tənzimləmələri və əyləc müvafiq olaraq performasın optimallaşdırılması üçün uyğunlaşdırılmışdır.
* ROCK rejimi yalnız 4LLc tənzimləmələrində mümkündür.
Qeyd: “OFF ROAD” rejimi 4HLc və 4 LLc tənzimləmələrində mümkündür.
Enişə nəzarət sistemi (HDC)
HDC rejimini seçməklə selector enişə nəzarət sistemini aktivləşdirir ki, bu da öz növbəsində sizin 2 ~ 20km/s sürətlə enişdə hərəkətiniz zamanı sürətinizi sabit saxlamaq məqsədilə avtomatik olaraq əyləcləri işə salır. Bu, sizə diqqətinizi idarəetməyə cəmləməyə və əyləcləri əllə idarə etmədən daha təhlükəsiz şəkildə enişdə hərəkət etməyə imkan verir.
Yoxuşda dəstək sistemi (HSA))
Dik yamaca qalxdığınız zaman, HSA əyləci buraxdığınız zaman akselerator işə düşənədək iki saniyə ərzində əyləc qüvvəsini sabit saxlamaqla sizi geriyə getməyə qoymur.

/// Mühərrik

MODERNİZƏ EDİLMİŞ BENZİN MÜHƏRRİKİ
3,0 V6, 215 at gücündə, AVRO-4 ekoloji sinfi
MİVEC qaz paylanması fazalarının elektron idarəetmə sistemi və hər silindr sırasına bir üst divergensiya ilə (SOHC).

/// Tam ötürücülü transmissya “SUPER SELECT”

Super Select II transmissiya – “Mitsubishi yolsuzluq avtomobillərinin əsas və ən məşhur özəlliyidir. Bu bizim qürurumuz və yolsuzluq avtomibillərimizin əsas üstünlüyüdür ki, onun nəznində digər səbəblərin heç bir anlamı yoxdur. Yeni “Mitsubihi Pajero Sport”-un sahib olduğu Super Select II transmissiya asanlıqla tam ötürücünü və ya 100 km/s-dək sürətdə oxarası bloklamanı qoşmağa imkan verir, eləcə də avtomobili keçilməz yolların əsas sahibinə çevirən aşağı ötürücünün qoşulmasını da mümkün edir.

2H – bu rejim şəhərdə və şəhərkənarı magistralda əlverişli havada hərəkətinə ideal dərəcədə uyğun gəlir və yanacaq sərfiyyatının azalmasına gətirib çıxarır.

4H – dayanmadan qoşulması mümkün olan bu rejimdə 4H, yol səthi ilə yaxşı təmas sayəsində yüksək inam və təhlükəsizlik təmin etməklə, ön və arxa oxlar arasında qeyri-simmetrik qüvvə bölgüsü baş verir. Rejim çətin hava şərtlərində hərəkət, ağır qoşqunun çəkilməsi (dartılması) məqsədilə və yüngül yolsuzluq sahələrinin keçilməsi məqsədilə hazırlanmışdır.

4HLc – Transmissiya selektronun 4HLc rejiminə keçidi oxarası diferensialın kilidlənməsinə gətirib çıxarır, bu rejimdə mühərrikin gücü oxlar arasında 50/50 nisbətində bölünür. Bu rejim sürüşkən və gilli kənd yolları, qar və qum üzərində hərəkət üçün yaradılmışdır.

4LLc – zəif ötürücülü və oxarası kilidlənmiş diferensiallı AWD rejimi, transmissiya selektoru rıçaqının yeri ağır yolsuzluq səhayətinin, dərin qarın və gilli yamacda ağır qoşqunun dartılmasının öhdəsindən gəlmək üçün yaradılmışdır. 4 LLc rejimində kiçik döngələrdə maksimal dönmə momentinin ötürülməsi sayəsində, “Mitsubishi Pajero Sport” ən əlçatmaz yerlərə gedə və yolsuzluq şəraitində ən ağır imtahandan keçə bilər.

?>