MITSUBISHI L200

Güc və stilin nümayişi!

Gücü hiss et. İdarəetməni hiss et.
Tam yeni avtomobildə komfortun yeni səviyəsini hiss et.
Tam yeni Mitsubishi L200, o həm yük, həmdə minik avtomobilidir və o sizin bir yerdən digərinə getməyin yollarını dəyişdirəcək.

Rəng seçin
360°

TRANSMİSSİYA

Güclü idarəetmə
L200 maksimum stabillik və dartı qüvvəsini təmin etmək üçün yaradılıb. Onun nahamar, möhkəm karkası tam idarəetmə imkanı verir, korpusun aerodinamik konturları isə stabil yol performansına nail olmağa xidmət edir. Etibarlı 4WD dartı təkmilləşdirilmiş asqı ilə birlikdə Sizi yer səthinin dəyişkən şəraiti ilə kontaktda saxlayır, beləliklə Siz həmişə vəziyyətə nəzarət edirsiniz.

Sürüş rejimi selektoru diskini istifadə edərək hərəkət halında dəyişmə rahatlığı sayəsində 100 km/saat sürətədək 2WD (2H) və 4WD (4H, 4HLc) arasında seçim edə bilərsiniz. Vəziyyət çətinləşəndə kələ-kötür yollar üçün 4HLc tənzimləməsi ilə və ya enişlər, palçıqlı və qarlı yollar üçün 4LLc tənzimləməsi ilə mərkəzi diferensialı bloklaya bilərsiniz. Qeyd: 4HLc və 4LLc arasında dəyişiklik edilərkən nəqliyyat vasitəsi dayandırılmalıdır.

ASAN SEÇİLƏN 4WD
Avtomobili 100 km/saat sürətlə idarə edərkən hamar 2WD (2H) yol performansından nahamar 4WD (4H) dartıya keçə bilərsiniz. Fırlanma anını dörd təkərə ötürmək üçün 4H rejimində sürüş rejimi selektoru diskinin bir hərkəti və ya aşağı sürətlə, nahamar ərazidə idarəetmə üçün aşağı ötürmə əmsalı və yüksək fırlanma anı verən 4L rejimini işə salmaq kifayətdir.

Eksteryer

İş üçün dözümlü. Zövq üçün müasir.

Yeni Mitsubishi L200 qarşısına çıxacaq istənilən çətinliklərdən asanlıqla keçməyə qadirdir.
Onun səyahətə çıxmaq üçün kifayət qədər genişliyi və dözümlüyü, müasirliyi və komfortluğunu bütün sərnişinlər  yüksək qiymətləndirəcək. Onun rasional üslubu sinfində ideal aerodinamikaya, rahat və sakit sürüşə imkan verir.

Fotoqalereya

İnteryer

Geniş Boş Məkan

L200 Double Cab sinfində lider salon genişliyi və ayaqlarınızı komfortla uzada biləcəyiniz məkan sayəsində rahat səyahəti təmin edir. Təkmilləşdirilmiş yüksək keyfiyyətli oturacaqlar, yenidən dizayn edilmiş ön oturacaqlar bütün sərnişinlərə eyni idarəetmə zövqünü bəxş edir. Düşünülmüş səs izolyasiyası və vibrasiyanı azaldan material sakit və dinc səfəri təmin edir. Rahat saxlama məkanı da daxil olmaqla istədiyiniz hər şey səyahətdən zövq almağınız üçün hazırlanıb.

Fotoqalereya

Komfort

Əlavə təchizatlı 4WD GLS Double Cab / Dəri interyer ilə.
Sinfində lider salon uzunluğu
Yeni lüks ön oturacaqlar: Yaxşılaşdırılmış ayaq söykənəcəyi, daha böyük kənar söykənəcəyi, stabil bədən əhatələnməsi, daha lüks tərz, daha dərin mərkəzi kəsim

Daha sakit və rahat səfər: 1. Alətlər panelinin səsuducu materialı, 2. Döşəmənin amortizasiyaedici materialı, 3. İdarə lövhəsinin və buferin səs izolyasiyası, 4. Arxa əsas dirəyin səsboğucu materialı
* Modeldən asılı olaraq təchizat dəyişə bilər.

Təhlükəsizlik

L200-ün ABS-i Sizə maneələrdən yan keçmək üçün yavaşlayan kimi təhlükəsiz qəfil manevr etmək imkanı verir. EBD (Electronic Brake-force Distribution) lazım olduqda arxa əyləcə əlavə güc tətbiq etməyə kömək olur, bu isə sərnişin və ya ağır yük daşıyarkən daha tez dayanmağa şərait yaradır.

Toqquşma zamanı təhlükəsizlik performansı toqquşma anında enerjini itkisiz udaraq yüksək salon bütövlüyünü saxlayan Mitsubishi RISE (Reinforced Impact Safety Evolution) korpusla daha da yaxşılaşdırılıb.

?>