MITSUBISHI PAJERO

1

Ciddi və güzəştsiz

“Mitsubishi Pajero” rahatlığın və funksionallığın yüksək səviyyəsi ilə fərqlənən yolsuzluq avtomobilləri sinfində “moda qanunvericilərindən” biri kimi şöhrət qazanmışdır. Yeni “Pajero” yolsuzluq avtomobilinin obrazını “yumşaltmağa” yönəlmiş müasir tendensiyalardan uzaq, əsl yolsuz yer avtomobili kimi yaradılmışdır. Artıq 25 ildən çoxdur ki, dünyanın 170 ölkəsində 2,5 milyon “Pajero”nun sahibləri bu avtomobildən “imic” məqsədləri üçün deyil, mürəkkəb yol şəraitində hərəkət üçün istifadə edirlər.

Yeni model “Pajero” avtomobilləri ailəsinin dəyişməz vizit kartına çevrilmiş peşəkar yolsuzluq avtomobilinin konsepsiyasını saxlamaqla bərabər, əvvəlki modellərlə müqayisədə bir sıra fərqlərə malikdir. “Mitsubishi” model sırasının yeni lideri daha dinamik, daha komfort, idarəetmədə daha təhlükəsiz və daha rahatdır.

Mitsubishi Pajero” — dərə-təpəlik ərazidə nüfuzlu, mürəkkəb və gərgin avtoyürüş olan Dakar rallisində 12 dəfə qalib gəlmişdir.

 

Rəng seçin
360°

Xarici görünüşü

Şəhərdə qüsursuz görünüşə malik olan “Mitsubishi Pajero IV” yolsuz yer maşını ən mürəkkəb şəraitdə də öz simasını itirmir. Radiator şəbəkəsi, qabaq bamper və 18 düymlük zərif disklər “Mitsubishi Pajero IV”-ün parlaq fərdiyyətini vurğulayır. Avtomobilin qabaq tərəfdən müdafiə olunması, daha artıq praktiklik və utilitarlıq üçün qara rəngli damındakı reylinq onun eksteryerinə əlavə möhkəmlik verir.

Fotoqalereya

İnteryer

“Mitsubishi Pajero IV”-ün salonu – cah-calal və rahatlıq təcəssümüdür, onun tərtibatı üçün yüksək keyfiyyətli materiallardan istifadə edilmişdir. Sükanın üstündə audiosistemi idarə etmək üçün nəzərdə tutulan düymələrdən başlamış, ta stəkanaltılara və əşya yeşiklərinə qədər nə desəniz, bir sözlə, yolda lazım ola biləcək hər şey sözün hərfi mənasında sürücünün əlinin altında yerləşdirilmişdir. “Mitsubishi Pajero IV”-ün sahibi həmişə özünü yüksək mövqedə hiss edir: hündür vəziyyətdə yerləşən sürücü yeri əla dairəvi panoram, avtomobilə rahat minməyi və ondan rahat düşməyi təmin edir.

“Mitsubishi Pajero IV” daxili məkanı sizin zövqünüzə uyğun təşkil etmək üçün çox geniş imkanlar verir. Salonun böyük həcmi və oturacaqların yerləşməsi variantlarının bolluğu bir tərəfdən universallığı, digər tərəfdən - iş, əyləncə və gündəlik həyat üçün rahatlığı təmin edir. Bir sözlə, “Mitsubishi Pajero IV” üçün qeyri-mümkün olan heç nə yoxdur.

Fotoqalereya

Təhlükəsizlik

“Pajero”nun standart komplektasiyasında aktiv təhlükəsizlik və keçilmə qabiliyyətinin artırılması sistemləri kompleksi M-ASTC nəzərdə tutulmuşdur. Bu kompleksə kurs sabitliyini stabilləşdirən dinamik MASC (“Mitsubishi Active Stability Control) sistemi, təkərin yerində fırlanmasına qarşı MATC (Mitsubishi Active Traction Control) sistemi və yolsuzluq şəraitində enişdə mühərriklə tormozlamaya kömək sistemi MEBAC (Mitsubishi Engine Brake Assistant Control) daxildir. Yeni nəslə aid altı ədəd təhlükəsizlik yastığının daxil olduğu təkmilləşdirilmiş SRS sistemi dördüncü nəsil “Pajero”nun passiv təhlükəsizlik səviyyəsinin artımına əhəmiyyətli töhfə verir. İkipilləli təhlükəsizlik yastıqları sürücünü və qabaq oturacaqda əyləşən sərnişini qoruyur. Bundan əlavə, yan tərəfdə yerləşən, içərisinə hava doldurulan yastıqlar və qapıların pəncərələrində təhlükəsizlik örtükləri olur.

Mühərriklər

Təbiət, lazımı hazırlığa malik olmadığı halda onu fəth etməyə çalışan insanları bağışlamır. Məhz bu səbəbdən, “Mitsubishi Pajero” üçün mühərrikin üç variantı təklif olunur. Bu variantlar istənilən şəraitdə maksimum qüvvəni təmin edir. “Mitsubishi Pajero” mühərriklərinin yeni qamması ən ciddi ekoloji tələblərə uyğun olaraq yüksək dinamik göstəriciləri təmin edir.

  • 3.0

    3,0 l Mühərriki

    24 klapan, V6, MPI, silindrlərin hər bir sırası üçün bir yuxarı bölüşdürücü val (SOHC). Gücü 178 at qüvvəsinə bərabər olan müasir etibarlı 3,0 l mühərriki çox qənaətli olması və zərərli maddəli tullantılarının aşağı səviyyəsi ilə fərqlənir.

  • 3.0

    3,2 DI-D Mühərriki

    16 klapan, iki yuxarı bölüşdürücü val (DOHC), COMMON RAIL inyeksiya sistemi. Gücü 200 at qüvvəsinə bərabər olan 3,2 l DI-D (Direct Injection Diesel— bilavasitə inyeksiyayla dizel) mühərriki xüsusilə aşağı və orta dövrlərdə yüksək fırladan qüvvə momenti yaranmasını təmin edir.



  • 3,8 l MIVEC Mühərriki

    24 klapan, V6, qazpaylaşdırma fazalarını idarəetmə sistemi MIVEC. İş həcmi 3,8 l olan Pajero mühərrikinin gücü 250 at qüvvəsinə bərabərdir, bu isə o deməkdir ki, siz heç vaxt güc çatışmazlığı hiss etməyəcəksiniz. Mitsubishi (MIVEC) qazpaylaşdırma fazalarını innovasiyalı elektron idarəetmə sistemi dövrlərin daha geniş diapazonunda mühərrikin gücünün müntəzəmliyinə nail olmağa imkan verir, adaptiv “AKPP INVECS-II Sports Mode” sistemi isə lazımlı sürət ötürməsinin ideal seçimini təmin edir və sükan arxasında əyləşən şəxsin avtomobil sürmə stilinə müvafiq olaraq avtomatik sazlanır.

4wd

Tamötürücü transmissiya

SUPER SELECT 4WD Super Select 4WD — “Mitsubishi Motors” şirkətinin mütəxəssisləri tərəfindən nə vaxtsa hazırlanmış ən təsirli və mükəmməl tamötürücü transmissiyadır. O, saatda 50-60 kilometrə qədər sürətlə hərəkət vaxtı qənaətli bir oxa ötürmə rejimindən bilavasitə tam ötürücü rejiminə keçməyə imkan verir. Bu, məsələn, yol zolağı gözlənilmədən sürüşkən olduqda əvəzolunmaz keyfiyyətdir. Təkərlərin altında torpaq özlü olduqda sürücü, gücün hər iki oxa bərabər bölünməsi və beləliklə dartı gücünü artırmaq üçün, ox arası diferensialın blokirovkasını qoşa bilər. Aşağı ötürmə qoşulduqda maksimal keçilmə qabiliyyəti əldə edilir, bu rejimdə hər ötürmədə mühərrikin fırladan qüvvə momenti, demək olar ki, ikiqat artır. Aşağı ötürmə qoşulduqda 4LLC Pajero sərt yoxuşların, qar və ya palçığın öhdəsindən gəlir. Həqiqətən, Super Select 4WD sizin üçün əvvəllər əlçatmaz olan dünyaya qapıları açır.

2H (arxa oxa ötürmə)

2H rejimi şose yolda hərəkət və ya şəhərdə qısa səfər üçün ideal rejimdir: bu halda güc yalnız arxa təkərlərə ötürülür, avtomobil daha çevik, sakit və qənaətli olur.

4H (tam ötürmə)

Tam ötürmə rejimində qabaq və dal oxlara ötürülən fırladan qüvvə momenti 33:67-dən 50:50-ə qədər nisbətdə bölünür, bununla da təkərlərin yola ən yaxşı ilişməsi, təhlükəsizlik və idarə oluna bilmə təmin edilir. Bu, pis hava şəraitində və ya qoşqu yedəkləməklə hərəkət vaxtı xüsusilə əhəmiyyətlidir.

4HLs (tam ötürücü, oxarası diferensialın blokirovkası qoşulmuşdur)

4HLc rejimində gücün dörd təkərin hamısına bərabər ötürülməsi yolsuzluq şəraitində, çirkli və ya sürüşkən yolda avtomobili tam nəzarətdə saxlamaqla onu idarə etməkdən həzz almağa imkan verir.

4LLs (ötürülmə aşağı salan tam ötürücü oxarası diferensialın blokirovkası daxil edilmişdir (qoşulmuşdur))

Yolsuzluq şəraitində mürəkkəb məsafəni qət etmək zəruri olduqda 4LLc rejiminə lazımdır, çünki “Mitsubishi Pajero” bunu da bacarır! Bu rejim kiçik dövriyyələrdə maksimal fırladan qüvvə momenti ötürməyə imkan verir.

?>